ÇL: "Liverpul" Milanı susdurdu, "Bayern Münhen" sonda qurtuldu 

ÇL: "Liverpul" Milanı susdurdu, "Bayern Münhen" sonda qurtuldu 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçirilib.

Fanat.Az xəbər verir ki, son ölkə çempionu "İnter" "Liverpul"u, "Zaltsburq" isə "Bayern Münhen"i qəbul edib. 

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

İlk yarıda hesabda geri düşən Münhen təmsilçisi yenilgidən 90-cı dəqiqədə vurduğu qol sayəsində qurtulubsa, "Liverpul" Milanda inamlı qələbə qazanaraq işini asanlaşdırıb. 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk iki oyununda PSJ Fransada "Real Madrid"i 1:0, "Mançester Siti" isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib. Bu raundun digər görüşləri fevralın 22-si və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası, 1/8 final İlk oyunlar

16 fevral

"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) 0:2

Qollar: Firmino, 75. Salah, 83. Baş hakim: Şimon Marçinyak (Polşa)

"Zaltsburq" (Avstriya) - "Bayern Münhen" (Almaniya) 1:1

Qollar: Adamu, 21 - Koman, 90 Baş hakim: Maykl Oliver (İngiltərə)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər