ÇL: Azərbaycan təmsilçisi qrup lideri kimi 1/8 finala yüksəldi

ÇL: Azərbaycan təmsilçisi qrup lideri kimi 1/8 finala yüksəldi

Minifutbol üzrə "Birbaşa Bakı" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında üçüncü oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, rəqib Albaniyanın "Prestij" kollektivi olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Komanda daha əvvəl Moldovanın "Volta" klubuna 4:1, Yunanıstan çempionu “Maqufana”ya 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, xallarının sayını 9-a çatdıran "Birbaşa Bakı" qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. Bu raundun görüşləri sabah olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər