ÇL: "Atletiko Madrid" pley-offda, "Milan" sonuncu oldu - YENİLƏNİB

ÇL: "Atletiko Madrid" pley-offda, "Milan" sonuncu oldu - YENİLƏNİB

Bu gün UEFA Çempionar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 görüş keçirilib.

A qrupunun oyunları daha tez başlayıb. PSJ evdə "Brügge"ni Mbappe və Messinin dublları sayəsində darmadaöın edib. "Mançester Siti" "Layptsiq"lə səfər qarşılaşmasından məğlub dönüb. Beləliklə, Almaniya təmsilçisinin Avropa Liqasına yollanacağı bəlli olub.

B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən “Liverpul” İtaliyada “Milan”la qarşılaşıb. Qrupun digər oyununda “Portu” evdə Madrid “Atletiko”sunu sınağa çəkib. 2-ci sırada yer alan portuqaliyalılar Madrid təmsilçisini məğlub etsə, qrupdan çıxan 2-ci komanda olacaqdı. Lakin “Atletiko” səfərdə inamlı qələbə qazanmaqla ÇL-in pley-offuna vəsiqəni təmin edib. “Milan” isə “Liverpul”a uduzub və qrup sonuncusu olub.

C qrupunda “Beşiktaş” Dortmund “Borussiya”sının qonağı olub. Qonaqlar avrokuboklarda mübarizə dayandırdığı, meydan sahibləri isə Avropa Liqasının pley-offunu təmin etdikləri üçün qarşılaşma forma xarakter daşıyırdı. Buna baxmayaraq, almanlar öz meydanında 5 cavabsız qolla qalib gəliblər. Digər görüşdə isə qrup qalibi olan “Ayaks” “Sportinq”lə münasibətlərinə aydınlıq gətirib və inamlı qələbəyə sevinib.

D qrupunda “Real Madrid” İspaniyada “İnter”lə 1-ci yer uğrunda mübarizə aparıb. Hər iki komanda növbəti mərhələyə vəsiqə qazansa da, İspaniya nəhəngi qalib gəlməklə birinci olub. Qrupun digər oyununda isə Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova “Şerif”i qrup sonuncusu olması dəqiqləşən Donetsk “Şaxtyor”un qonağı olub. Bu oyunda qalib müəyyənləşməyib.

Daha öncə “Mançester Siti”, PSJ, “Liverpul”, “Ayaks”, “Sportinq”, “Real Madrid” və “İnter”lə yanaşı, “Bayern Münhen” (Almaniya), “Yuventus” (İtaliya), “Mançester Yunayted” və “Çelsi” (İngiltərə) klubları da 1/8 finala yüksəlib.

UEFA Çempionlar Liqası Qrup mərhələsi V tur

A qrupu

PSJ (Fransa) – “Brügge” (Belçika) 4:1 Qollar: Mbappe, 2; 7. Messi, 38; 76-pen. – Rits, 68.

“Layptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) 2:1 Qollar: Soboslai, 24. A.Silva, 71 – Mahrez, 77.

S   Komanda O Q H M V B F X
1   Mançester Siti 6 4 0 2 18 10 +8 12
2   PSJ 6 3 2 1 13 8 +5 11
3   Layptsiq 6 2 1 3 15 14 1 7
4   Brügge 6 1 1 4 6 20 -14 4

 

   1/8 final         Avropa Liqası

 

B qrupu

“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:2 Qollar: Tomori, 29 – Salah, 36. Oriqi, 55.

“Portu” (Portuqaliya) – “Atletiko Madrid" (İspaniya) 1:3 Qollar: Oliveyra, 90+5-pen. – Qrizmann, 56. Korrea, 90. De Paul, 90+2.

S   Komanda O Q H M V B F X
1   Liverpul 6 6 0 0 17 6 +11 18
2   Atletiko 6 2 1 3 7 8 -1 7
3   Portu 6 1 2 3 4 11 -7 5
4   Milan 6 1 1 4 6 9 -3 4

 

   1/8 final         Avropa Liqası

 

C qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Beşiktaş” (Türkiyə) 5:0 Qollar: Malen, 29. Roys, 45+2-pen; 53. Holand, 68; 81.

“Ayaks” (Niderland) – “Sportinq” (Portuqaliya) 4:2 Qollar: Haller, 8-pen. Antoni, 42. Neres, 58. Berqeys, 62 – Santos, 22. Tabata, 78.

S   Komanda O Q H M V B F X
1   Ayaks 6 0 0 0 20 5 15 18
2   Sportinq 6 3 0 3 14 12 2 9
3   Borussiya 6 3 0 3 10 11 -1 9
4   Beşiktaş 6 0 0 6 3 19 -16 0

 

   1/8 final         Avropa Liqası

 

D qrupu

“Real Madrid” (İspaniya) – “İnter” (İtaliya) 2:0 Qollar: Kroos, 17. Asensio, 79.

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Şerif” (Moldova) 1:1 Qollar: Fernando, 42 – Nikolov, 90+3.

S   Komanda O Q H M V B F X
1   Real Madrid 6 5 0 1 14 3 11 15
2   İnter 6 3 1 2 8 5 3 10
3   Şerif 6 2 1 3 7 11 -4 7
4   Şaxtyor 6 0 2 4 2 12 -10 2

 

   1/8 final         Avropa Liqası

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər