Kyellini ABŞ klubu ilə müqavilə bağladı - FOTO

Kyellini ABŞ klubu ilə müqavilə bağladı - FOTO

"Yuventus"dan ayrılan italiyalı müdafiəçi Corco Kyellininin yeni klubu rəsmən açıqlanıb.

Fanat.Az xəbər verir ki, 37 yaşlı müdafiəçi ABŞ təmsilçisi "Los-Anceles"lə müqavilə bağlayıb.

İnformasiyanı MLS klubunun mətbuat xidməti yayıb.

Kyellini ABŞ klubu ilə müqavilə bağladı - FOTO

Kyellini "Yuventus"a 2005-ci ildə, 7,7 milyon avro qarşılığında "Fiorentina"dan keçib. "Qoca sinyora"nın formasıyla ümumilikdə 559 oyuna çıxan futbolçu 36 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, Corco artıq milli karyerasını başa vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər