Bir müddət öncə "Milan"a keçəcəyi gözlənilən "Rubin"in gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın İtaliya klubuna transferi baş tutmayıb.
Fanat.Az "Milan News"a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi oyunçu ilə maraqlansa da, danışıqlar üçün Rusiya klubuna müraciət etməyib.
20 yaşlı futbolçu "Yuventus", "Atalanta", "Bavariya" və "Sevilya" klublarının da diqqət mərkəzində olub.
Xatırladaq ki, Xviça Azərbaycan millisinin və "Şəmkir" klubunun sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.
Emin Şəmsiyev