"Oyuna çox yaxşı başladıq. İlk 15 dəqiqəni hücum edirdik. Ancaq sonra meydan sahibləri təşəbbüsü ələ keçirdi". Fnaat.az xəbər verir ki, bu sözləri "Sumqayıt"la oyundan (1:1) sonra "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar deyib.
Türk mütəxəssis "Rəvan"ın heyətində 4 futbolçunu fərqlənlirib: "Onların heyətində dörd futbolçunu qeyd edərdim: Rəhman Hacıyev, Məhəmməd Mirzəbəyov, Tərzin Cahangirov və Uğur Pamuk. Ümumilikdə oyun bərabər alındı, buna görə də heç-heçə oldu. Çox yaxşı, döyüşkən bir komandaya qarşı mübarizə apardıq. Düşünürəm ki, 1 xal pis nəticə deyil".
Fanat.az