Küləyə görə Bakı çempionatı təxirə salındı

Küləyə görə Bakı çempionatı təxirə salındı
Ölkə ərazisində hava şəraitinin pisləşməsi Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) keçirəcəyi yarışa da təsirsiz ötüşməyib.
Fanat.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Təhsil Nazirliyinin hava şəraiti ilə bağlı xəbərdarlıq etməsi ilə əlaqədar olaraq AzVİF-in təqvim planı əsasında martın 30-31-də Qala qəsəbəsi və Velopark ərazisində keçirilməli olan Kriterium üzrə Bakı çempionatının I turu təxirə salınıb. 
Qeyd olunan yarış aprel ayının 6-7-də keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər