“Krasnodar” - “Birkirkara” oyununda azərbaycanlı referi

“Krasnodar” - “Birkirkara” oyununda azərbaycanlı referi

UEFA azərbaycanlı hakim Əliyar Ağayevə yeni təyinat verib. 

Fanat.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiyanın “Kuban” stadionunda keçiriləcək “Krasnodar” - “Birkirkara” (Malta) oyununda həmyerlimiz fit çalacaq.

 

Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rauf Cabbarov yerinə yetirəcək.

 

Qeyd edək ki, “Krasnodar” – “Birkirkara” görüşü avqustun 4-də keçiriləcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər