"Şimali İrlandiya və Azərbaycanla oyunlarda, qələbə qazansaydıq, indi dünya çempionatının final mərhələsi bizim üçün şirin xəyal olmazdı. Qrupun ilk matçlarında qarşıya qoyduğumuz məqsədə çatmadıq". Fanat.Az xəbər verir ki, bu sözləri Çexiya yığmasının və "Renn"in 25 yaşlı qapıçısı Tomaş Koubek deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də millimizin qonağı olacaq yığmanın qolkiperi meydana start heyətində çıxmaq arzusunu dilə gətirib:
"Əlbəttə, heç bir şansımız qalmayıb. Amma bizim üçün bütün oyunlar vacibdi. Azərbaycan və San Marino ilə görüşlərə məsuliyyətlə yanaşırıq. Bu qarşılaşmalar həm də gənc oyunçularımıza böyük təcrübə qazandıracaq. "Çərçivə"ni kimin qoruyacağına baş məşqçi qərar verəcək. Seçimi mən olsam, buna böyük məmnuniyyətlə hazıram. Məşqlərdə səylə çalışmışam".
Fanat.Az