Kosta "Qəbələ"yə Azərbaycanda qoşulacaq

Kosta "Qəbələ"yə Azərbaycanda qoşulacaq
“Qəbələ”nin uzun müddətdi zədəli olan müdafiəçiləri Rail Məlikovla qvineyalı Omar Kalabanenin problemləri həll olunub. Fanat.az xəbər verir ki, bu barədə komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov məlumat veribö
Onun sözlərinə görə, tam gücü ilə hazırlaşan Kalabanedən fərqli Məlikovun hələ ki topsuz məşqlərdə iştirak etməsi səbəbsiz deyil: “Rail komanda toplu məşqlərdə edən zamanı fərdi proqram üzrə çalışır. İnşallah, bu ayın sonuna kimi tam hazır olacaq. Məlikovun İstanbulda son müayinəsi əla nəticələr verib. O, fiziki baxımdan demək olar tam hazırdı və daha müayinəyə getməyəcək. Sadəcə, toplu məşqlərdə kontakt olacağı üzündən hələ ki qoşulmur”. 
Məhərrəmov əzələ bağlarından biri qopan müdafiəçi Ürfan Abbasovun da probleminin qalmadığını söyləyib: “O, tam sağalaraq komandanın hazırlığında iştirak edir. Digər gənc müdafiəçimiz Sadiq Quliyev isə əməliyyatdan sonra bərpa prosesi keçir. Fərdi çalışan Sadiq artıq yüngül qaçışlara başlayıb. Quliyev Antalyadakı hazırlığımızın 2-ci mərhələsində komanda məşqlərinə qoşulacaq”.
Həkim-fizioterapevt braziliyalı qapıçı Dieqo Koşta Silvanın əməliyyatdan sonra vətənində bərpa prosesi keçdiyini deyib: “Belə məsləhətləşdik ki, onun reabilitasiyası da Braziliyada keçsin. Dieqo çox güman ki, komandamıza Azərbaycanda qoşulacaq”. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər