"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin keçidinə görə 111 milyon avro ödəyə bilməyəcək.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyət "Barselona"nın büdcəsinə olduqca mənfi təsir göstərib. Bu səbəbdən "katalonlar" Martinesin 111 milyon avro dəyərində olan təzminatını ödəmək gücündə deyil. Sözügedən məbləğin qeyd olunduğu bənd iyul ayında iki həftə etibarlı olacaq.
"Barsa" "barter" yolu ilə argentinalı futbolçunun transferini həll edəcəyinə inanır. Arturo Vidal, Artur, Karles Alenya və Mark Kukurelya kimi oyunçuların "İnter"ə göndərilməsi ehtimal daxilindədi.
Martinesin "Barselona"da oynamaq istədiyi bildirilir.
Fanat.Az