Konseysau "Milan"dan ayrılır - "Bura təsadüfən gəlməmişdim, amma..."

Konseysau "Milan"dan ayrılır - "Bura təsadüfən gəlməmişdim, amma..."

"Milan"ın portuqaliyalı çalışdırıcısı Serxio Konseysau baş məşqçi postundan ayrılmaq ehtimalının real olduğunu etiraf edib. 

Fanat.Az xəbər verir ki, tanınmış insayder Canluka di Martsio “Bolonya” ilə matçdan sonra dediklərini belə çatdırıb: 

"Rəqibin qollarından biri açıq-aşkar əllə vuruldu, lakin hakimlər bunu görmədi. Doərudur, “Milan” hakimlərə görə uduzmur, lakin belə səhvlər çox olur.  “Portu”dakı karyeram öz sözünü deyir. Mən "Milan"a təsadüfən gəlməmişəm. Ancaq problem məndədirsə, getməyə hazıram. Mən buna görə pul istəməyəcəyəm". Xatırladaq ki, Konseysaunun rəhbərlik etdiyi milanlılar səfərdə “Bolonya”ya 1:2 hesabı ilə məğlub olub. 

“Milan” hazırda A Seriyasının turnir cədvəlində səkkizinci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər