Konfrans Liqası: "Neftçi" ilə "Sabah"ın potensial rəqibləri bilindi

Konfrans Liqası: "Neftçi" ilə "Sabah"ın potensial rəqibləri bilindi

UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, bu gün keçirilən püşkatmada Azərbaycanı yarışda təmsil edən "Sabah" və "Neftçi" klublarının da mümkün rəqibləri müəyyənləşib.

“Ağ-qaralar” III raundda Türkiyənin “Beşiktaş” komandasını mübarizədən kənarlaşdırmağı bacarsa, qrupa düşmək üçün həlledici dueldə “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi” – “Beşiktaş” cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.

“Sabah” isə III raundda Serbiya klubu “Partizan”ı üstələməyi bacarsa, “Styaua” (Rimıniya) və “Nordsyelland” (Danimarka) komandalarının ən güclüsü ilə üz-üzə gələcək. “Sabah” – “Partizan” cütünün qalibi pley-offda ilk görüşdə qonaq qismində çıxış edəcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər