Klub rəsmiləri AFFA-ya çağırıldı - FOTOLAR

Klub rəsmiləri AFFA-ya çağırıldı - FOTOLAR

Bu gün AFFA-nın inzibati binasında növbəti mövsüm UEFA-nın yarışlarında və Topaz Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə müraciət etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

 

Fanat.az xəbər verir ki, klubların rəhbər şəxslərinin və maliyyə üzrə mütəxəssislərinin iştirak etdiyi görüşdə baş katib Elxan Məmmədov çıxış edib, lisenziyalaşdırma prosesi, o cümlədən maliyyə "Fair Play"i ilə bağlı məsələlər ətraflı müzakirə olunub, klublara müvafiq tövsiyələr verilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər