Klub prezidenti zorlamada ittiham edilən Şultsa cəza verəcəkmi?

Klub prezidenti zorlamada ittiham edilən Şultsa cəza verəcəkmi?

Dortmund "Borussiya"sının prezidenti Raynhard Rauball komandanın müdafiəçisi Niko Şultsun zorlamada ittiham olunmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, klub başqanının dediklərini "Welt" belə çatdırıb:

"Bu barədə səhər oxumuşam. Hələ Niko ilə söhbət etmək imkanım olmayıb. Görüşməli və onu dinləməliyəm. Şultsu komandadan uzaqlaşdırmalıyıqmı? Öncə informasiyanın yalan və ya doğru olduğunu öyrənməliyik. Yalnız bundan sonra nə qərar verəcəyimizi müəyyənləşdirə bilərik".

Xatırladaq ki, dünən Almaniya mətbuatında 29 yaşlı futbolçunun keçmiş sevgilisinə qarşı dəfələrlə zorakılıq etdiyi üçün onun tərəfindən polisə verildiyi haqda xəbərlər yayılıb. Prokurorluğun 2020-ci ildə baş verən hadisələrə görə Şultsun evində axtarış apardığı bildirilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər