Klopp "Roma"da? - Agenti açıqladı

Klopp "Roma"da? - Agenti açıqladı

"Liverpul"un sabiq baş məşqçisi, hazırda "Red Bull" şirkətinin qlobal futbol əməliyyatlarının rəhbəri vəzifəsində çalışan Yürgen Kloppun agenti Mark Kosike almaniyalı mütəxəssisin "Roma"nı çalışdırmağa razılaşması barədə yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Kloppun "Roma"nın yeni baş məşqçisi olacağı ilə bağlı dərc edilən informasiyalar həqiqəti əks etdirmir".

Xatırladaq ki, Klopp 2015-2024-cü illər aralığında "Liverpul"u çalışdırıb. O, yanvarın 1-dən indiki postundadır.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər