Klopp Çempionlar Liqasında yeni rekorda imza atdı

Klopp Çempionlar Liqasında yeni rekorda imza atdı

"Liverpul" Çempionlar Liqasının qrup mərhələsinin V turunda Niderland "Ayaks"ını 3:0 hesabı ilə məğlub edərək 1/8 finala adını yazdırıb.

Fanat.Az xəbər verir ki, bu görüş "mersisaydlılar"ın baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub. 

55 yaşlı mütəxəssis buna Mersisayd təmsilçisi ilə qitənin bir nömrəli klub turnirində ardıcıl 6-cı dəfə pley-offa yüksəlməklə rekorda imza atıb. 

Qeyd edək ki, 2015-ci ildən "Liverpul"da çalışan Kloppun klubu ilə 2026-cı ilə qədər müqaviləsi var. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər