KL: "Fənərbağça" Yunanıstanda 2 qol vurub uduzdu 

KL: "Fənərbağça" Yunanıstanda 2 qol vurub uduzdu 

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. 

Fanat.Az xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” adada “Olimpiakos”la qarşılaşmada minimal hesabla uduzub

İngiltərədə “Aston Villa” klubu “Lill” ilə münasibətləri aydınlaşdırıb. İngilislər 3 qolun vurulduğu görüşdə minimal hesabla qalib gəlib.

“Viktoriya” Çexiyada “Fiorentina” ilə sülh bağlayıb, PAOK isə Belçikada “Brügge” ilə bacarmayıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 18-də gerçəkləşəcək.

UEFA Konfrans Liqası 1/4 final, ilk oyunlar 11 aprel

“Olimpiakos” (Yunanıstan) – “Fənərbağça” (Türkiyə) 3:2

Qollar: Fortounis, 8. Yovetiç, 32. Çiqunyu, 57 - Tadiç, 68-pen, İ.C.Kahveçi, 74.

“Viktoriya” (Çexiya) – “Fiorentina” (İtaliya) 0:0

“Brügge” (Belçika) - PAOK (Yunanıstan) 1:0

Qol: Vetlesen, 6.

“Aston Villa” (İngiltərə) – “Lill” (Fransa) 2:1

Qollar: Vatkins, 13. Makqin, 56 - Diakite, 84.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər