KL: "Zirə" və "Sabah"ın oyunlarının başlama saatı açıqlandı

KL: "Zirə" və "Sabah"ın oyunlarının başlama saatı açıqlandı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan "Sabah" və "Zirə" komandalarının oyunlarının başlama saatları bəllidir.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sent-Patriks Atletik”lə (İrlandiya) üz-üzə gələcək "Sabah"ın ilk matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Bir həftə sonra "Bank Respublika Arena"da gerçəkləşəcək cavab qarşılaşması isə 20:00-a təyin edilib.

Xorvatiyanın "Osiyek" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək "Zirə" də birinci görüşünə rəqib meydanında çıxacaq. Bu matçın start fiti Bakı vaxtı ilə 22:00-da səsləndiriləcək. Avqustun 15-də "Dalğa Arena"da keçiriləcək cavab oyunu 20:30-da olacaq.

Qeyd edək ki, hər iki təmsilçimizin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə avqustun 15-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər