KL: "Sabah" "Makkabi"ni şoka saldı

KL: "Sabah" "Makkabi"ni şoka saldı

Bu gün "Sabah" komandası Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində matça çıxıb.

Fanat.Az xəbər verir ki, "bayquşlar" nominal qonaq qismində "Makkabi" (Hayfa) ilə qarşılaşıblar

İsraildəki müharibə şəraiti səbəbindən matç neytral meydanda  - Macarıstandakı "Varkert Sportpalya" stadionunda keçirilib. Oyun Bakı vaxtı ilə saat 21:15-də başlayıb. Azərbaycan təmsilçisi 3 cavabsız qolla qalib gəlib.

"Sabah" - "Makkabi" cütünün qalibi növbəti mərhələdə "Sent-Patriks Atletik" (İrlandiya) - "Vadus" (Lixtenşteyn)  cütünün güclüsü ilə üz-üzə gələcək. 

Qeyd edək ki, "Sabah"la "Makkabi" arasında cavab görüşü avqustun 1-də Bakıda olacaq.

Konfrans Liqası, ilk oyunlar

25 iyul

"Makkabi" (Hayfa, İsrail) - "Sabah" (Azərbaycan) 0:3 

Qollar: Şafranko, 61. Sekidika, 77. Əliyev, 87.

Hakimlər: Natan Verbumen, Matias Hillaert, Ruben Vins, Uesli De Kremer

"Varkert Sportpalya", Macarıstan

"Makkabi": 40. Şərif Keuf, 2. Daniel Sandqren, 44. Lorenso Simiç, 34. Aleksandr Sirota, 27. Pyerr Kornud, 26. Mahmud Caber, 4. Əli Məhəmməd, 11. Lior Rafaelov (k), 8. Dolev Haziza, 9. Frantzdi Pyerro, 21. Din David

Ehtiyat oyunçular: 13. Tomas Sultani, 6. Qadi Kinda, 16. Kenni Sayef, 17. Suf Podqeranu, 18. Qoni Naor, 28. İlai Hacac, 30. Abdulaye Şek, 36. Hamza Şibli, 38. Omer David Dahan, 42. Roey Elimelex, 55. Rami Qerşan, 91. Dia Sabia

"Sabah": 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrazabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev, 4. Elvin Camalov (k), 13. İvan Lepinitsa, 20. Coy Lens-Mikels, 70. Cesse Sekidika, 28. Kahim Parris, 18. Pavol Şafranko

Ehtiyat oyunçular: 16. Rustam Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 8. Ayaz Quliyev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 99. Nyeqos Kupusoviç

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər