KL: "Neftçi" ilə "Zirə"nin növbəti rəqibləri kim olacaq?

KL: "Neftçi" ilə "Zirə"nin növbəti rəqibləri kim olacaq?

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, ölkəmizi sözügedən turnirdə təmsil edən "Neftçi" və "Zirə" də mümkün rəqiblərini tanıyacaqlar. 

Mərasim saat 16:00-da başlayacaq.

Hər iki komanda səpələnməmişlər səbətində olacaq. "Neftçi"nin 3-cü təsnifat mərhələsində 4 potensial rəqibi bəllidir:

"Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi

"Pakş" (Macarıstan) - "Panatinaikos" (Yunanıstan) cütünün qalibi

"Luqano" (İsveçrə) - "Dukadjini" (Kosovo) cütünün qalibi

AEK (Larnaka, Kipr) - "Beytar" (İsrail) cütünün qalibi

"Zirə"nin potensial rəqibləri bunlardır:

"Bravo" (Sloveniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi

"Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi

"Rakuv" (Polşa) - "Valletta" (Malta) cütünün qalibi

"Riyeka" (Xorvatiya) - "Derri Siti" (İrlandiya) cütünün qalibi

"Polesye" (Ukrayna) - "Kopenhagen" (Danimarka) cütünün qalibi

Qeyd edək ki, "ağ-qaralar" 2-ci təsnifat mərhələsində Belarusun "Dinamo Minsk", "qartallar" isə Estoniyanın "Payde" komandası ilə münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasında matçlar 6 və 13 avqusta təsadüf edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər