KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün ilk oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, yarışa 2-ci mərhələdən qoşulan "ağ-qaralar" Belarusun “Dinamo Minsk" komandası ilə üz-üzə gələcək.

Bakıda keçiriləcək ilk oyun saat 20:00-da start götürəcək. "Palms Sports Arena"da baş tutacaq baş tutacaq qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək. 

Beləliklə, üç il fasilədən sonra avrokuboklara çıxan “Neftçi” dönüşünü növbəti başlanğıcla etməyə və azarkeşlərini yeni mövsüm öncəsi ümidləndirməyə çalışacaq. 

Qeyd edək ki, "Neftçi" ilə "Dinamo Minsk" arasında cavab oyunu ayın iyulun 30-da Bolqarıstanda baş tutacaq.

UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsi, ilk oyun 22 iyul

20:00. Neftçi – Dinamo Minsk (Belarus) Hakimlər: Konstantinos Fellas, Marios Kaloqirou, Giorgios Çaralampous, Konstantinos Neofytou (Kipr). Bakı. “Palms Sports Arena”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər