KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbağça" İstanbulda "Olimpiakos"u qəbul edib. 

Komandalar arasındakı ilk matçda yunanlara 2:3 uduzan Türkiyə təmsilçisi evdə 1:0 qazanıb. Əlavə vaxtda da qol olmayıb. Beləliklə, cütün qalibi penalti seriyasında müəyyənləşib. "Fənərbağça" "lotereya"da uduzub.

Bundan başqa, "Fiorentina" "Viktoriya"nı əlavə vaxtda vurulan qollarla, "Lill" "Aston Villa"nı penaltilərdə üstələyərək mübarizəni davam etdirib. "Brügge" isə səfərdə PAOK üzərində inamlı qələbə qazanıb.

UEFA Konfrans Liqası 1/4 final mərhələsi, cavab oyunları

18 aprel

Fiorentina (İtaliya) - Viktoriya (Çexiya) 0:0 (əlavə vaxtda - 2:0)

Qollar: Qonzales, 92. Biragi, 108. İlk oyun - 0:0

Lill (Fransa) - Aston Villa (İngiltərə) 2:1 (penaltilərlə - 3:4)

Qollar: Y.Yazıcı, 15. B.Andre, 67 - M.Kaş, 87. İlk oyun - 1:2

Fənərbağça (Türkiyə) - Olimpiakos (Yunanıstan) 1:0 (penaltilərlə - 2:3)

Qollar: İ.C.Kaveci, 11. İlk oyun - 2:3

PAOK (Yunanıstan) - Brügge (Belçika) 0:2

Qollar: Jutqla, 33, 45. İlk oyun - 0:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər