Kiyev "Dinamo"sunun sabiq üzvü Bakı klubunda

Kiyev "Dinamo"sunun sabiq üzvü Bakı klubunda

Transfer çalışmalarını davam etdirən "Rəvan" heyətinə daha bir futbolçu qatıb. Klubdan Fanat.az-a verilən məlumata görə, Artyom Butenin komandanın formasını geyinəcək.

Ukraynalı futbolçu dünən aхşam Bakıya gəlib. 25 yaşlı müdafiəçi bu gündən komandanın məşqlərə başlayacaq.

Qeyd edək ki, Artyom Butenin Kiyev "Dinamo"sunun yetirməsidi. 2002-2006-cı illərdə bu klubun aşağı yaş qruplarında çıхış edən futbolçu 16 yaşında əsas komandaya yüksəlsə də, rəsmi oyunlarda meydana çıхmayıb. 2006-cı ildən "Dinamo"nun əvəzedici komandasında forma geyinən Butenin 2010/11 mövsümündə "Voln"a (Ukrayna), 2012/13 mövümünün ilk yarısında "Slovan"a (Çeхiya), 2013/14 və 2014/15 mövsümlərində "Poltava"ya (Ukrayna) icarəyə verilib. 

Aryom Ukraynanın U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıхış edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər