"Keşlə"nin legioneri Rumıniya ilə oyunda "fərqləndi"

"Keşlə"nin legioneri Rumıniya ilə oyunda "fərqləndi"
Millətlər Liqasında C Liqasının IV qrupunda yer alan Litva yığması növbəti oyununu keçirib.
 
Fanat.Az xəbər verir ki, Edqaras Yankauskasın yetirmələri Rumıniya ilə səfərdə qarşılaşıb.
Doğma azarkeşləri önündə 3:0 hesablı qələbə qazanan rumınlar qrup birinciliyi şansını son tura qədər qoruyub. Litva millisinə çağırılan müdafiəçi Edvinas Girdvainis matçı əvəz edilmədən keçirib. 25 yaşlı mərkəz müdafiəçisi 78-ci dəqiqədə sarı vərəqə ilə fərqlənib.
İlk 5 turda xal qazanan bilməyən Litvanın D Liqasına düşəcəyi dəqiqləşib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər