"Keşlə" sabah başlayacaq

"Keşlə" sabah başlayacaq

"Keşlə”nin növbəti mövsümə hazırlıq planı müəyyənləşib.

 

 

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, paytaxt təmsilçisi iyunun 20-dən etibarən təlim-məşq toplanışına başlayacaq.

Bakıda start götürəcək toplanışda komanda 4 yoxlama matçı keçirməyi planlaşdırır. Tərlan Əhmədovun çalışdırdığı kollektiv ilk yoxlama matçını iyunun 29-da keçirəcək. Rəqib hələlik məlum deyil.

Komandanın ikinci yoxlama matçı iyulun 5-də baş tutacaq. Sumqayıtda keçiriləcək yoxlama matçındakı rəqib yerli "Sumqayıt” olacaq.

İyulun 13-də "Keşlə” Zirə İdman Kompleksinin stadionunda "Zirə” ilə qarşılaşacaq.

Dördüncü yoxlama matçı iyulun 24-də keçiriləcək. Rəqib hələlik məlum deyil.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər