"Kəpəz"in legioneri "Qəbələ"yə qarşı oynamayacaq

"Kəpəz"in legioneri "Qəbələ"yə qarşı oynamayacaq

Misli Premyer Liqasının 8-ci turunda "Qəbələ"ni qəbul edəcək "Kəpəz" oyunun hazırlıqlarını davam etdirir.

Klubun sözçüsü Azad Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, cəzalı futbolçusu olmayan Gəncə təmsilçisi "qırmızı-qaralar"la matça bir itki ilə çıxacaq:

"Onanuqa Olavale zədəli olduğu üçün "Qəbələ"yə qarşı oynamayacaq. Nigeriyalı dayaq yarımmüdafiəçisi təkrar müayinə üçün bu gün Bakıya göndərilib".

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" oyunu oktyabrın 1-də keçiriləcək. Matçın start fiti 16:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər