“Kəpəz”dən “Qəbələ”yə - RƏSMİ

“Kəpəz”dən “Qəbələ”yə - RƏSMİ

“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib. 

Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” Ahmed Ayzayanı heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı legioner ötən mövsüm “Kəpəz”in formasını geyinib. Azərbaycan çempionatında “Zirə”də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər