“Kəpəz” evdə, “Turan Tovuz”la “Qəbələ” səfərdə qələbə qazandı

“Kəpəz” evdə, “Turan Tovuz”la “Qəbələ” səfərdə qələbə qazandı

I Divizionda XVI tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

“Kəpəz” və “Zirə”nin əvəzediciləri arasındakı oyunda meydan sahibləri qalib gəliblər. “Şamaxı” və “Turan Tovuz” komandalarının əvəzedicilərinin görüşü isə qonaqların qələbəsiylə yekunlaşıb. “İmişli” də doğma meydanda “Qəbələ”nin ikinci komandasına uduzub.

Turun qalan oyunları sabah keçiriləcək.

I Divizion XVI tur 7 fevral

“Kəpəz-2” – “Zirə-2” 1:0 Qol: Elnur Cəfərov, 90. Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Anar Bədəlov, Şamil İmanzadə. Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Şamaxı-2” – “Turan Tovuz-2” 2:3 Qol: Qurban Səfərov, 27. Tapdıq Əhmədov, 52 – Nazim Həsənzadə, 70. Akif Tağıyev, 71. Rəşad Əliyev, 82. Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Aydın Bəxşiyev, Kamran Əliyev. Şamaxı şəhər stadionu, 14:00.

“İmişli” – “Qəbələ-2” 0:2 Qol: Rauf Məhərrəmov, 50. Xəyyam Məmmədli, 90+3. Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Asif Abdullayev, Mahmud Bağırzadə. Saatlı OİK stadionu, 14:00.

8 fevral

“Qarabağ-2” – “Araz Naxçıvan” Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Zakir Şükürzadə, Əli Əliyev Binə qəsəbə stadionu, 14:00.

“Zaqatala” – MOİK Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov Zaqatala OİK stadionu, 14:00.

“Səbail-2” – “Qaradağ Lökbatan” Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Tural İbrahimov “ASCO Arena”, 14:00.

“Neftçi-2” – “Mingəçevir” Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Rasim Axundov, Rəsul Babayev Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər