Keniya millisinin üzvü Bakı klubunda - RƏSMİ

Keniya millisinin üzvü Bakı klubunda - RƏSMİ

“Səbail” qış transfer dönəmində növbəti transferini gerçəkləşdirib.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Madi Quetanın ardından keniyalı futbolçu Ayub Masika ilə mövsümün sonuna qədər müqavilə imzlayıb.

Son olaraq, Çinin 2-ci liqa klubu “Nanjinq Siti”də çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Genk”, “Lierse”, “Beinjing Renhe”, “Ridinq”, “Vissel Kobe”, “Buriram Yunayted” klublarının şərəfini qoruyub.

Keniya millisinin üzvü olan Masika 28 qarşılaşmada 4 qol vurub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər