Kaxaber Tsxadadze: "Bu gün "İnter" daha güclü idi"

Kaxaber Tsxadadze: "Bu gün "İnter" daha güclü idi"
"Uyğun heyəti tapdıq, oyuna aqressiv başladıq. Rəqibə öz oyununu göstərməyə imkan vermədik". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə oyundan (3:1) sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü mütəxəssis mükafatlar uğrunda mübarizə aparacaqlarını bildirib: "Fikrimcə, bu mövsüm ən yaxşı oyunumuzu göstərdik. Lakin eyforiyaya qapılmaq lazım deyil. Bu gün maksimum güclə oynamalı idik ki, potensialımızı bilək. Oyun göstərdi ki, "Neftçi" və "Qarabağ" kimi güclü rəqiblərə qarşı oynaya bilərik. Təqvim oyunlarından biri idi, arxayınlaşmaq olmaz. Etiraf etmək lazımdı ki, bu gün "İnter" daha güclü idi. Çempionluq uğrunda mübarizə çətin olacaq. Mükafatlar uğrunda vuruşacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər