"İnter" baş məşqçisi Kaxaber Tsxadadze ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, klub rəhbərliyinin qərarı ilə gürcü mütəxəssis komandanın başında saxlanılacaq.
Onunla yaxın vaxtlarda yeni müqavilə imzalanacaq. Anlaşmanın müddəti bir il - yəni 2015-xi ilin yayınadək olacaq.
Qeyd edək ki, Tsxadadze 2009-cu ildən "İnter"i çalışdırır. Komanda onun rəhbərliyi altında Azərbaycan çempionluğunu (2009/10) qazanıb və iki dəfə bürünc medallara sahib çıxıb (2011/12, 2012/13). "İnter" həmçinin gürcü mütəxəssislə 2011-ci ildə "Birlik Kuboku"nu qazanıb.
Fanat.az