Kasparov İPL rəhbərliyinə müraciət etdi: "Nyukasl"ın Səudiyyə şahzadəsinə satılmasına icazə verməyin

Kasparov İPL rəhbərliyinə müraciət etdi: "Nyukasl"ın Səudiyyə şahzadəsinə satılmasına icazə verməyin
Qeyri-kommersiya təşkilatı olan İnsan Hüquqları Fondunun sədri, şahmat əfsanəsi Harri Kasparov İngiltərə Premyer Liqasının direktoru Riçard Mastersə məktub yazıb.
Fanat.Az "The Athletic"in jurnalisti Rob Harrisə istinadən xəbər verir ki, Kasparov Mastersdən, "Nyukasl"ın Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmana satılmasına razılıq verməməsini xahiş edib.
57 yaşlı şahmatçı Səuddiyyə Ərəbistanında insan hüquqlarının pozulması və həmçinin 2018-ci ildə ölkənin İstanbuldakı konsulluğunda "The Washington Post"un jurnalisti Camal Haşoqqinin öldürülməsi kimi faktlara diqqət çəkib.
Hazırda "Nyukasl" "Sports Direct" idman mağazalar şəbəkəsinin sahibi Mayk Eşliyə məxsusdu. Son günlərdə britaniyalı milyarderin 345 milyon avro qarşılığında klubu Məhəmməd ibn Salmana satmağa razılıq verdiyinə dair xəbərlər yayılıb. Premyer Liqa rəhbərliyi indilik satışı təsdiqləməyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər