Kasparov Bakıya buraxılmadı

Kasparov Bakıya buraxılmadı

Şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov Bakıya gələcək. Fanat.Az xəbər verir ki, bu barədə xəbəri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov verib.

Açılış mərasimi sabah keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan mətbuat konfransında çıxış edən Məmmədov qeyd edib ki, bir sıra məşhur qrossmeysterlər Olimpiadaya fəxri qonaq kimi dəvət edilib. Onlar arasında 12-ci dünya çempionu Anatoli Karpov da var. Rusiyalı şahmatçı artıq ölkəmizə gələcəyini təsdiqləyib.

Məmmədov bildirib ki, Azərbaycan şahmatının yetirməsi olan, erməni əsilli 13-cü dünya çempionu Harri Kasparov isə Olimpiadanın qonaqları sırasında yer almayıb. Buna FIDE-nin ona tətbiq etdiyi cəza imkan verməyib. Çünki Kasparova qurumun bayrağı altında keçirilən yarışlarda qonaq kimi də iştirakına qadağa qoyulub.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər