Kardoso "İnter"ə qarşı oynamayacaq

Kardoso "İnter"ə qarşı oynamayacaq

"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçına çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, Karlos Kardoso "İnter"lə ikinci oyunda iştirak etmək hüququndan məhrum olub.

Belə ki, "Kəpəz"lə 1/8 final matçında sarı vərəqə alan braziliyalı müdafiəçi "İnter"lə ilk oyunda da cəzalanıb. Kubok oyunlarında limit 2 "sarı" olduğundan Karlos cəzalı duruma düşüb.

Qeyd edək ki, "İnter"lə cavab oyununda "Neftçi" Saşa Stamenkoviç və Mahir Şükürovun da xidmətindən yararlana bilməyəcək. Əvəzində Cavid İmamverdiyev cəzasını başa vuraraq sıraya dönəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər