Kapello "Milan"ın ana problemini açıqladı

Kapello "Milan"ın ana problemini açıqladı
Məşhur italiyalı çalışdırıcı Fabio Kapello son vaxtlar ciddi nəticə qazana bilməyən "Milan”ın əsas problemlərini sadalayıb.
Fanat.Az "Libero”ya istinadən xəbər verir ki, ünlü mütəxəssis belə deyib: "Bu klubun ən böyük problemi inamsızlıqdı. Campaolonu gətirmək üçün Qattuzonu qovdular. Sonra Piolini gətirdilər. Bəs Maldini ilə Bobanın axırı necə oldu? İkisinə də qapını göstərdilər. Məgər bu düzgündü?”
Məlum səbəbdən martda dayandırılan İtaliya A Seriyasının 26 turu geridə qalıb. 36 xal yığan "Milan” 7-ci pillədədi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər