Kapello "Milan"ı İbrahimoviçi saxlamağa səslədi

Kapello "Milan"ı İbrahimoviçi saxlamağa səslədi
Məşhur italiyalı çalışdırıcı Fabio Kapello "Milan"ı isveçli forvard Zlatan İbrahimoviçi heyətdə saxlamağa çağırıb.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, mütəxəssis belə deyib:
"Milan" Zlatanla yolları ayırmamalıdı. İbrahimoviç heyətdə qalmalıdı. Çünki, o, komandanın tarazlıq mərkəzidi".
Xatırladaq ki, İbrahimoviç "Milan"a bu ilin yanvarında "Lo-Anceles Qelaksi"dən keçib. Yarım mövsümlük müqaviləyə imza atan İbra A Seriyasında 8 oyuna çıxıb, 3 qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər