Kamran Ağayev rəsmən "Qəbələ"də

Kamran Ağayev rəsmən "Qəbələ"də
"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, bölgə klubu milli komandamızın üzvü Kamran Ağayevlə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kamran ötən il keçdiyi "Bakı"da 18 oyun keçirib. O, əvvəllər "Şəfa" (2001-2004, 26 oyun), "Turan" (2004-2006, 18 oyun) və "Xəzər Lənkəran"ın (2006-2013, 122 oyun) formasını geyinib. 2008-ci ildən milliyə çağırılan qolkiper 29 oyun keçirib.
Onu da qeyd edək ki, "Bakı"nın baş məşqçisi Milinko Pantiçlə dalaşdıqdan sonra transferə çıxarılmışdı. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər