Kamran Ağayev Portuqaliyada penaltini dəf etdi

Kamran Ağayev Portuqaliyada penaltini dəf etdi

Kamran Ağayev Portuqaliya çempionatında növbəti oyununu keçirir. Fanat.Az xəbər verir ki, "Boavişta"nın formasını geyinən qolkiper "Moreyrense" ilə matçın start heyətinə yer alıb.

Qarşılaşmanın baş hakimi 26-cı dəqiqədə "Boavişta"nın qapısına penalti təyin edib. Amma Kamran qonaqlara sevinmək imkanı verməyib. O, Robertonun zərbəsini dəf edərək komandasını xilas edib. "Boavişta" bundan 4 dəqiqə sonra Roşa Lukasın qoluna sevinib.

Qeyd edək ki, hazırda matçın birinci hissəsi oynanılır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər