Kamran Ağayev Çexiya klubundan kənarlaşdırıldı

Kamran Ağayev Çexiya klubundan kənarlaşdırıldı
Kamran Ağayev "Mlada" klubundan kənarlaşdırılıb. Fanat.Az Çexiya mediasına istinadən xəbər verir ki, futbolçunun müqaviləsi vaxtından əvvəl pozulub.
Kamranın "Mlada" ilə müqaviləsi mövsümün sonunda başa çatacaqdı. Amma məşqçilər korpusunun ümidlərini doğrultmayan qapıçı indi yola salınıb.
Qeyd edək ki, Kamran "Mlada"nın heyətində 5 çempionat, 2 kubok matçına çıxıb. Bu oyunlarda 12 qol buraxan qapıçı bir matçda qırmızı vərəqə alıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər