Kamanan "Qəbələ"ni "Qarabağ"a şərik etdi

Kamanan "Qəbələ"ni "Qarabağ"a şərik etdi
Topaz Premyer Liqasında XV turun oyunlarına start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "Rəvan" "Qəbələ"ni qəbul edib. "Bayıl Arena"da keçirilən oyunun taleyini bir qol həll edib. 26-cı dəqiqədə Yannik Kamananın vurduğu qol "Qəbələ"yə 3 xal qazandırıb. Bununla da lider "Qarabağ"la xallarının sayını bərabərləşdirən bölgə təmsilçisi "Neftçi"ni geridə qoyaraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.
Bu oyun komandalar arasında 6-cı qarşılaşma olub. 5 matçda 21 qol vuran komandaların duellərində "Qəbələ"nin üstünlüyü var. Bölgə təmsilçisi 4, bakılılar 2 qələbə qazanıb. Bu komandalar indiyədək heç-heçə oynamayıb. "Rəvan" öz meydanında xala həsrətdi.
Premyer Liqa
2013/14 mövsümü
XV tur
29 noyabr
Rəvan - Qəbələ 0:1
Qol: Yannik Kamanan, 26.
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 6. Ceyhun Cavadov (11. Kamil Nurəhmədov, 78), 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k) (9. Elnur Abdulov, 77), 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (33. Sahib Savankulov, 57), 27. Rəşad Abdullayev, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Frederik Holster, 23. Kristian Torres, 89. Vüsal Qarayev.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ: 27. David Pietrzkeviç, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 10. Dodo, 11. Yannik Kamanan (19. Abdulvahid Afolabi, 73), 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 22. Lourival Assis (3. Nikola Valentiç, 81), 31. Daniel Subotiç (9. Viktor Mendi, 87), 36. Elnur Allahverdiyev, 88. Müşfiq Teymurov. 
Ehtiyat oyunçular: 25. Dieqo Kosta, 4. Amit Quluzadə, 5. Sadiq Quliyev, 84. Deyan Kelhar.
Baş məşqçi: Yuri Syomin.
Sarı vərəqələr: İvan Pexa, 14 (qeyri-idman hərəkəti). Rəşad Abdullayev, 69 (qeyri-idman hərəkəti); 85 (qeyri-idman hərəkəti) - Yannik Kamanan, 70 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Rəşad Abdullayev, 85 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Nahid Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Kərim Ağayev.
"Bayıl Arena". 250.

1

Qarabağ

14

8

5

1

25-8

29

2

Qəbələ

15

9

2

4

22-13

29

3

Neftçi

14

8

4

1

21-12

28

4

Bakı

14

6

3

5

25-16

21

5

İnter

14

6

2

6

24-19

20

6

Simurq

14

4

6

4

12-12

18

7

AZAL

14

4

5

5

12-17

17

8

Xəzər L

14

3

5

6

10-20

14

9

Rəvan

15

1

6

8

8-26

9

10

Sumqayıt

14

1

4

9

6-22

7

Bombardirlər: Vaqif Cavadov (İnter) - 7. Əfran İsmayılov (Bakı), Mindauqas Kalonas (Bakı) - 6. Reynaldo (Qarabağ), Baçana Tsxadadze (İnter), Bahodir Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ) - 5.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər