Kamal Quliyev "Neftçi"yə qayıdır

Kamal Quliyev "Neftçi"yə qayıdır
Superkubok oyunundan sonra istefa verən "Neftçi"nin məşqçilərindən biri komandaya qayıdır. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, Kamal Quliyev yenidən paytaxt klubunda çalışacaq.
Məlumata görə, istefasından sonra “Baksell Arena”ya gəlib VİP lojada “Neftçi” - “Xəzər Lənkəran” matçını izləyən 37 yaşlı veteran yeni işini klub prezidenti Sadıq Sadıqovla müzakirə edib. Veteran yarımmüdafiəçinin özü də xəbəri təsdiqləyib: "Bəli, Sadıq müəllimlə görüşüm olub. “Neftçi”yə qayıdıram. Amma hansı vəzifəni tutacağım hələ bəlli deyil. Bunu bir neçə gün sonra biləcəyik. Yəqin ki, aşağı yaş qruplarından birində baş məşqçi olacağam”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər