"Real Madrid"in qapıçısı Tibo Kurtua dünən keçirilən UEFA Suerkuboku uğrunda matçda Frankfurt "Ayntraxt"ı üzərində qazandıqları 260 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, belçikalı qolkiper UEFA-nın rəsmi saytına danışıb:
"Biz daha 1-2 qol vura bilərdik. Həm ilk, həm də ikinci yarıda hesab arasındakı fərqi artırmaq imkanlarımız oldu. Son bir neçə ayda üç final oynamışıq. Həlledici qarşılaşmaların hamısında qapını toxunulmaz saxlamağı bacarmışam. Bu, çox vacibdir. Çünki hücumçularımızın qol vuracağını bilirik.
Daiçi Kamadanın zərbəsi zamanı etdiyim qurtarış? Hə, onun uzaq küncü nişan alacağını hiss etdim. Bu, intuisiyadır. Epizoda təkrar baxsanız, Kamadanın hara vuracağını əvvəldən hiss etdiyimi görərsiniz".
Nihat