Qazaxıstan Futzal Federasiyasının prezidenti Lev Kim bu ölkənin yığma komandasının baş məşqçisi Kakaunun Azərbaycan millisinə gedəcəyi barədə xəbərləri şərh edib. Fanat.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz Kakau ilə müqavilənin müddətini artırmaqla bağlı söhbət etmişik və o, Qazaxıstan yığmasını çalışdırmağa davam edir. Bundan əlavə, onun "Kayrat"la 2018-ci ilə qədər müqaviləsi var. Bu gün (söhbət dünən olub - red.) onunla telefonla yenidən danışacağam. Amma təbii ki, yeni müqavilə imzalamadığımıza görə risk qalmaqda davam edir. Həm də ona tək Azərbaycan yığmasından yox, başqa milli komandalardan da təkliflər var".
Fanat.az