"Milan"ın sabiq müdafiəçisi Kafu keçmiş komandasının çempionluq şanslarını dəyərləndirib. Fanat.Az xəbər verir ki, "Sky İtalia" 51 yaşlı mütəxəssisin dediklərini belə çatdırır: “Zədələrə baxmayaraq, “Milan” yaxşı mövsüm keçirir. Çempionlar Liqasının qrupundan kənarlaşdırıldılar, lakin A Seriyasında komanda zirvədə qaldı. İndi o, skudetto götürə bilər. "Milan" A Seriyasında qələbə uğrunda mübarizənin favoritidir. Pioli uzun müddətdir klubda çalışır və əldə etdiyi nəticələrlə statusunu təsdiqləyir. O, düzgün məşqçi, doğru yerdə və düzgün komandadır."
Qeyd edək ki, 39 xalla "Milan" A Seriyasının turnir cədvəlində "İnter"dən 4 xal geri qalaraq və ehtiyyatda bir oyunla ikincidir.