“Azərbaycan futbolunu bəyəndim. Orda yaxşı futbol çempionatı var”. Fanat.az xəbər verir ki, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Xose Luis Kabion deyib.
Hazırda vətənində - Çilinin “Reyncers” klubunda top qovan yarımmüdafiəçi vətənində verdiyi müsahibədə karyerasının Azərbaycan bölümünü yada salıb . “Neftçi”nin heyətində düşməkdə çətinlik çəkən legioner çempion titulu qazandığı klubun heyətində olmasından razı qalıb: “Mən özüm də ölkə xaricində oynamaq istəyirdim. Nikolas Kanales mənimlə əlaqə saxlayıb Azərbaycan klubuna keçməyimdə rol oynadı. Həmyerlim mənə böyük komandada oynayacağımı, bununla bağlı klubdan zəng alacağımı dedi. Bu da mənim üçün yaxşı bir təcrübə oldu”.
Fanat.az