Julio Romaonun hansı müddətə sıradan çıxdığı bəlli oldu

Julio Romaonun hansı müddətə sıradan çıxdığı bəlli oldu

"Qarabağ"ın Misli Premyer Liqasının XV turunda "Neftçi"yə qarşı keçirdikləri oyunda zədələnən futbolçusu Julio Romao Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsindən keçib.

Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

Onun sözlərinə görə, braziliyalı yarımmüdafiəçinin zədəsi o qədər də ciddi deyil. Klub rəsmisi "sambaçı"nın təxminən 1 həftə məşqlərdən kənarda qalacağını söyləyib.

Qeyd edək ki, Julio Romao Azərbaycan derbisinin ilk hissəsindən sonra əvəzlənib. "Qarabağ" səfərdə "Neftçi"ni üç cavabsız qolla üstələyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər