Marat İzmaylov “Portu”ya qayıdacaq. Fanat.az xəbər verir ki, bu barədə “zerozero.pt” saytı oyunçunun iyulun 3-də Portuqaliyada olacağıyla bağlı informasiya yayıb.
Portəgiz həmkarlarımızın yazdığına görə, növbəti mövsümün hazırlıqlarına iyulun 3-də start verəcək “Portu” 2013/14 mövsümünün ikinci yarısını icarə əsasında “Qəbələ”də keçirən rusiyalı yarımmüdafiəçini geri qaytaracaq. İzmaylov müqavilə ilə məxsus olduğu klubun məşqlərinə qatılacaq. Yalnız bundan sonra isə onun qalıb-qalmayacağına aydınlıq gələcək.
Fanat.az