İzmaylov: “Qəbələ”yə yalnız ona görə getmişdim"

İzmaylov: “Qəbələ”yə yalnız ona görə getmişdim"
"Qəbələ"dən ayrılan Marat İzmaylovun müsahibəsi 
- 7 il legioner həyatı yaşamağınız sizi çox dəyişdirib?
- İstənilən halda, 7 il sanballı zaman kəsiyidi. Əminəm ki, bu illər hədər getməyib. Bu illər məni həm futbol, həm həyat baxımından möhkəmlədib. Ən azı daha məsuliyyətli və intizamlı olmuşam.
 
- “Qəbələ”yə agentiniz Paulu Barboza sayəsində getmişdiniz?
- İlk növbədə Yuri Syominə minnətdaram. Nəyi gizlədim ki, “Qəbələ”yə yalnız ona görə getmişdim.
 
- Hər halda, sizi futbolçu kimi məhz Syomin kəşf edib...
- Belə demək olar.
 
- “Qəbələ”yə keçidlə bağlı danışıqlar necə gedirdi: Siz Portuqaliyada əyləşib qəhvənizi içirdiniz və birdən zəng gəldi...
- Gəlin unutmayaq ki, həmin vaxt mən bir neçə ay idi nə oynayırdım, nə məşq edirdim. Niyə? Açıqlamaq istəmədiyim səbəblər var. Amma Syominin zəngi yerinə düşdü.
 
- Siz hələ də “Portu”ya məxsussunuz?
- Hələ müqaviləmin bir ili qalır.
 
- Axı bu addım riskli idi: Hazırlıqsız tanımadığınız çempionata yollanırdınız...
- Mənim üçün özümə gəlməyə cəhd etmək, əvvəlki oyunumu bərpa etmək üçün şans yaranmışdı. Ən əsası isə o idi ki, oynamaq imkanı əldə etdim.
 
- Buna peşman deyilsiniz?
- Əksinə. Çox şadam ki, 100 faiz düzgün addım atmışam. “Qəbələ”də hər şey xoşuma gəldi, çox rahat idi. Hiss edirəm ki, komandaya lazımam.
 
- Bir çox məşqçilərlə işləmisiniz. Syomin onlar arasında hansı yeri tutur?
- İlk yerlədən birini. Onu dünya səviyyəli mütəxəssislərdən hesab edirəm.
 
- Hansı Rusiya klubunda oynamaq istəyirsiz?
- Heç vaxt bu haqda düşünməmişəm.
 
- Rusiyaya qayıtmağı düşünmürsüz?
- Bilmirəm, görək necə olur. Mən heç vaxt düşünməmişəm ki, “Porto” və ya “Qəbələ”də oynayacam. Ona görə də heç nəyi istisna etmirəm. Hər şey təkliflərdən asılıdır.
“Sport-ekspress” 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər