Georgi Çixradze "Sumqayıt"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un gürcü baş məşqçisi ilk yarıda daha yaxşı oynadıqlarını deyib:
"Oyunun çətin olacağını bilirdik. Ümumiyyətlə, Premyer Liqada asan oyun yoxdu. "Sumqayıt" yaxşı hücum futbolu oynayan komandadı. Qələbə qazanmaq bizim üçün vacib idi. İlk hissədə ikinci hissədən daha yaxşı oynadıq".
Fanat.az